BAKI, 3 sentyabr. TELEQRAF
Avropa İttifaqı nüvə təhlükəsizliyini gücləndirmək üçün Ermənistana 5 milyon avro sərmayə qoyur.
Teleqraf xəbər verir ki, maliyyə iki əsas istiqamətə yönəldiləcək: Ermənistan Atom Elektrik Stansiyasının təhlükəsizliyinin gücləndirilməsi, həmçinin Ermənistanın Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsinin vəRadiasiya Təhlükəsizliyi Elmi-Texniki Mərkəzinin peşəkar komandalarına dəstək.
“Biz birlikdə daha təhlükəsiz gələcəyə doğru mühüm addımlar atırıq" - Ai-nin məlumatında qeyd olunur.