AZ

“Qalatasaray” onun transferində israrcıdır

“Qalatasaray” yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi Ademola Lookmanın transferini yenidən gündəminə alıb.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılılar” mövsümün əvvəlində “Atalanta”nın 28 yaşlı nigeriyalı futbolçusu üçün danışıqlara başlasa da, İtaliya klubunun 60 milyon avroluq tələbə görə geri çəkilmişdi.

Lakin qışda Barış Alper Yılmazın satışı reallaşarsa, İstanbul təmsilçisi Lookman transferini yenidən müzakirəyə çıxarmağı planlaşdırır.

Bu mövsüm “Atalanta” forması ilə 8 oyunda 1 qol vuran Lookman, əvvəlki danışıqlarda illik 9 milyon avro maaş və 3 milyon avro bonus tələb etmişdi. Onun klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

“Qalatasaray” rəhbərliyi futbolçunun vəziyyətini izləyir və münasib şərtlər yaranacağı təqdirdə danışıqlara başlamağı hədəfləyir.

Seçilən
58
idmanxeber.az

1Mənbələr