AZ

“Maduronun sayılı günləri qalıb” – Tramp

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun günlərinin sayılı olduğunu deyib.

Busaat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ-ın Venesuela ilə müharibəyə girib-girməyəcəyini soruşduqda Tramp buna şübhə etdiyini bildirib:

“Mən buna şübhə edirəm, mən belə düşünmürəm.

Amma onlar bizimlə çox pis rəftar edirlər, söhbət təkcə narkotikdən getmir, onlar yüz minlərlə arzuolunmaz insanı həbsxanalarından və psixi müəssisələrindən ölkəmizə buraxıblar”.

Ağ Ev rəhbəri Venesuelanın probleminin narkotik, yoxsa Maduronun gedişi ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb, lakin Maduronun günlərinin sayının olub-olmadığını soruşduqda o, “Bəli, bunu deyə bilərdiniz”,- cavabını verib.

Yeganə

Seçilən
64
busaat.az

1Mənbələr