AZ

İsrail ordusu "Hizbullah"ın rəhbərlərindən birini öldürdü

Livanın cənubunda İsrail ordusunun PUA-larının hücumu nəticəsində "Hizbullah" hərəkatının komandirlərindən biri öldürülüb.

Moderator.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

"Hizbullah" hərbi rəhbərliyinin üzvü Livanın cənubunda İsrailin PUA hücumu nəticəsində öldürülüb. Dronun vurduğu avtomobildə hərəkatın komandiri olub. Hadisə Beyrutdan 70 km aralıda yerləşən Nabatiya şəhərində baş verib. Raket avtomobilə dəyib, yanğın başlayıb və içəridə olan "Hizbullah"çı aldığı xəsarətlərdən ölüb", - xəbərdə bildirilir.

Seçilən
51
1
moderator.az

2Mənbələr