AZ

RETSİ-nin əməkdaşları tərəfindən region gəncləri ilə maarifləndirici görüşlər keçirib

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən region gəncləri ilə maarifləndirici görüşlər keçirilir

Regionlarda əhalinin ekoloji məsuliyyət hissinin artırılması, təbiətin qorunması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsi, xüsusən də gənc nəsildə ekoloji şüurun formalaşdırılması məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan növbəti görüşlər Lənkəran və Sumqayıt Dövlət Universitetlərində keçirilib. Görüş zamanı tələbələrə ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması, təbii resurslara qənaət kimi istiqamətlərdə ətraflı məlumatlar verilib, müzakirə olunan mövzular ətrafında verilən suallar cavablandırılıb.

Qeyd edək ki, maarifləndirici görüşlərin əsas məqsədi gənclərdə təbiətə qarşı məsuliyyət hissini gücləndirmək, ətraf mühitin qorunması və sağlam ətraf mühitdə yaşamağın vacibliyini vurğulamaq, tullantıların düzgün idarə olunması və ekoloji davranış qaydalarına əməl edilməsi vərdişlərini formalaşdırmaqdır.

Seçilən
53
ekologiya.az

1Mənbələr