AZ

Himalayda qar uçqunu nəticəsində üç nəfər ölüb, səkkiz nəfər isə...

Nepalda qar uçqunu nəticəsində üç alpinist həlak olub, səkkiz nəfər isə itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hadisə Katmandudan şimal-şərqdə, hündürlüyü 5630 metr olan Yalunq-Ri-Himal dağında baş verib.

Həlak olanların və xəsarət alanların şəxsiyyətləri hələ ki açıqlanmır.

"Hadisə yerinə hərbi və polis qüvvələrindən ibarət axtarış-xilasetmə qrupları göndərilib", - məlumatda bildirilib.
Seçilən
29
5
sherg.az

7Mənbələr