AZ

Əli Kərimlinin "adminləri" ABŞ və Fransadadır- FOTOFAKT

Son vaxtlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin feysbuk sosial şəbəkəsində xüsusilə aktivləşməsi diqqət çəkir.

“Qafqazinfo” xəbər verir ki, Ə.Kərimlinin özünün və ətrafındakı şəxslərin hər birinin onlarla feysbuk səhifəsinə sahib olması, troll şəbəkəsi formalaşdırması barədə əvvəllər dəfələrlə məlumatlar yayılıb.

Azərbaycana, ümumilikdə isə dünyaya öz kiçik virtual pəncərəsindən baxan “bloqer” bir növ özünü bu məkanda rahat hiss edir.

Sanki feysbukda öz sadiq “elektrat”ını formalaşdırıb və tez-tez ona xitab etməklə virtual dünyasında baş girələyir.

Kiçik bir araşdırma onu göstərir ki, “bloqer” Əli Kərimlinin feysbuk səhifəsi ABŞ və Fransadan idarə olunur – göründüyü kimi, bu işə Fransada 2 nəfər, ABŞ-dən isə 1 nəfər cəlb olunub.

İkinci maraqlı məqam Ə.Kərimlinin xaricdən idarə olunan səhifəsinin aktivliyi üçün hər ay vəsait ödənilməsidir. Belə ki, hər ay Əli Kərimlinin paylaşımlarının daha çox kütləyə çatdırılması üçün pul ödənilir və 2022-2025-ci illərdə bunun üçün 7 000 AZN-ə qədər vəsait xərclənib.

Yeri gəlmişkən, Əli Kərimlinin reklama qoyduğu son material Elton Məmmədovla bağlı paylaşımdır. Bunun üçün də Əli Kərimli, daha doğrusu Qərbdən səhifəni idarə edənlər reklama 200 manata yaxın vəsait xərcləyiblər.

Seçilən
22
6
aznews.az

7Mənbələr