“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.
Qeyd etmək lazımdır ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.
II Liqada təyinatlar açıqlanıb
I Liqa: VII turun təyinatları açıqlanıb
Yığmamızın İslamiadadakı oyunlarının başlama saatı bəlli olub
ÇL: "Araz-Naxçıvan"ın 1/8 finalın püşkatmasından öncə yer aldığı səbət müəyyənləşib
Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq