Ötən gün Göygöl rayonunda baş verən ağır qəzada 2 nəfər hadisə yerinə həyatını itirib.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, ölən şəxslərdən biri “Mersedec”in sürücüsü Göygöl rayonun Yeni Qızılca kənd sakini 1998-ci il Elvin Məmmədov və onun sərnişini 2009-cu il təvəllüdlü İsbi Alıyevdir.
Qəzada ölənlər Elvin və İsbinin fotolarını təqdim edirik.
Elvin Mamedov

İsbi Alıyev


Qeyd edək ki, qəzada ölən hər iki şəxs subay olub.
Xatırladaq ki, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində sürücü 1998-ci il təvəllüdlü E. Mamedov və 2009-cu il təvəllüdlü İ. Alıyev hadisə yerində ölüb, 2008-ci il təvəllüdlü S. Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb.