AZ

Hakan Fidanın ev sahibliyi etdiyi Qəzza toplantısı başladı

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İstanbulda xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçirilən Qəzza toplantısı başlayıb.

Turkustan.az xəbər verir ki, iclasda İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin nümayəndələri iştirak ediblər.Görüşdən əvvəl Fidan İndoneziyanın xarici işlər naziri Suqiono, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud, İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi, BƏƏ və Qətər nümayəndələri ilə ailə şəkli çəkdirib.Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, görüşdə Qəzzada atəşkəslə bağlı son hadisələr və humanitar vəziyyət müzakirə olunacaq.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
icma.az

2Mənbələr