AZ

Ronaldonun oğluna ilk avtomobil hədiyyəsi Lamborghini Urus S

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kriştiano Ronaldonun 15 yaşlı oğlu ilk avtomobilini hədiyyə olaraq alıb - dəyəri 200.000 ilə 300.000 avro arasında dəyişən Lamborghini Urus S.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Əl-Nəsr” akademiyasında oynayan Ronaldo bu yaxınlarda Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasında debüt edib. O, komandasının 2-0 hesablı qələbəsi ilə başa çatan Türkiyə ilə oyunda əvəzedici heyətdə meydana çıxıb.

Yeri gəlmişkən, atasının ilk avtomobili "Mançester Yunayted"də oynadığı dövrdə əldə etdiyi "Audi S3" olub. Ronaldo artıq "Bugatti"dən tutmuş "Rolls-Royce"a qədər super avtomobillər kolleksiyasına malikdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
lent.az

1Mənbələr