AZ

Xalq yazıçısı Anar: Fəxr edirik ki, AMEA-nın qurucuları sırasında Azərbaycan Yazıçılar Birliyinin iki üzvü də olub

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyi mənəviyyatın iki qanadı, onu yüksəyə qaldıran ocaqlardır. Fəxr edirik ki, 80 illik yubileyini qeyd etdiyimiz Milli Elmlər Akademiyasının qurucuları sırasında Azərbaycan Yazıçılar Birliyinin iki üzvü Səməd Vurğun və Mirzə İbrahimov da yer almışlar.

AMEA-dan AZƏRTAC-A bildirilib ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışında deyib. Qeyd edib ki, akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilməsindən sonra iki qurum arasında əməkdaşlıq əlaqələri daha da genişlənib.

“Müstəqilliyimizin bərpası ilə humanitar sahəyə yenidən qayıtmalı olduq. Çünki sovet ideologiyası tariximizi, dilimizi, ədəbiyyatımızı yadlaşdırma siyasəti həyata keçirirdi. Şadıq ki, bu gün Azərbaycan ədəbiyyatının tarixinin başlanma dövrü kimi “Kitabi Dədə Qorqud” dastanı qəbul edilir”, - deyə Xalq yazıçısı Anar vurğulayıb.

 

Seçilən
32
3
azertag.az

4Mənbələr