AZ

İkimərtəbəli evin qəsdən yandırıldığı iddia edilirVİDEO

Tovuz rayonu, Əhməd Cavad küçəsində Aqil İsayeva məxsus ikimərtəbəli yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, yaşayış olmayan evin qəsdən yandırıldığı iddia olunur.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları və FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanan evdə elektrik xətləri qoşulu olmayıb. Ev sahibinin yaxınları evin qəsdən yandırıldığını iddia etsələr də, qonşularla heç bir ədavətlərinin olmadığını deyirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Xəzər Xəbər"ə bildirib ki, hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub, aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
77
xezerxeber.az

1Mənbələr