ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
"Maldiv Adalarında siqaretlə bağlı qəbul edilən qanun əhəmiyyətli məsələlərdən biridir. Qanun yalnız ölkə vətəndaşları üçün deyil, həm də ölkəyə daxil olan turistlər üçün nəzərdə tutulub ki, bu da onun müsbət cəhətlərindən biridir".Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.O, bildirib ki, qanun həmçinin bütün siqaret növlərinin, istər elektron, istərsə də adi siqaretlərin istifadəsinə qadağalar tətbiq edir:"Bu qadağaların gələcəkdə digər ölkələrə də yayılması mümkündür. Ölkəmizdə də siqaret və spirtli içkilərin satışına bəzi qadağalar mövcuddur, lakin bəzən insanlar parakəndə satış yerlərindən və ya digər vasitələrlə siqaret əldə edə bilirlər".Sosioloq bildirib ki, hazırda müəyyən müvafiq orqanlar kiçik yaşlı uşaqların siqaret çəkdiyi halları izləyir və onlara xəbərdarlıq edirlər:"Lakin ümumilikdə diqqətin gücləndirilməsinə ehtiyac var, xüsusən kafelərdə və əyləncə yerlərində 18 yaşdan kiçik uşaqların siqaret istifadəsi halları müşahidə olunur. Bu yerlərdə rəhbərlik və idarəetmə orqanları məsuliyyət daşımalı, siqaret çəkilməsini qadağan edən lövhələr yerləşdirməli və nəzarəti gücləndirməlidir. Bəzən gənclər elektron siqaretdən də istifadə edir və hətta ictimai yerlərdə belə, bu da qadağaya daxil edilməlidir, çünki elektron siqaret də siqaret növüdür".Onun sözlərinə görə, açıq və ərzaq marketlərində elektron siqaretlərin reklamı aparılır, müştərilərə təklif olunur:"Bu reklamlar gənclərin siqaretə meyilliliyini artırır. Buna görə də siqaret və elektron siqaretin satışı, xüsusən də gənclər və ictimai yerlərdə istifadəsi üzərində qadağalar gücləndirilməlidir. Marketlərdə və kütləvi tədbir yerlərində reklam xarakterli elektron siqaretlərin təqdimatı da qadağan olunmalıdır".Qeyd edək ki, Maldiv Adaları 18 yaşa qədər şəxslər üçün siqaret çəkməyi qadağan edən ilk ölkə oldu. Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.