AZ

Ermənistan parlamentində deputatlar arasında qarşıdurma

Noyabrın 3-də Ermənistan parlamentində mübahisə və fiziki qarşıdurma baş verib.

"Unikal" xəbər verir ki, qapalı iclasda təhlükəsizlik orqanları ilə bağlı məsələ müzakirə olunarkən zalda yüksək səslər eşidilib və təxminən 10 dəqiqəlik fasilə elan edilib.

İnsidentin səbəbi hakim “Mülki Müqavilə” partiyasından deputat Hayk Sarkisyanın iclasa notbuk gətirməsi olub. Paşinyanın müttəfiqləri notbuku çıxarmağı tələb etsələr də, H. Sarkisyan imtina edib. Nəticədə parlamentin təhlükəsizlik xidməti müdaxilə edib və deputat iclas zalını tərk edib.

Seçilən
22
8
unikal.az

10Mənbələr