AZ

Ermənistan parlamentində dava düşüb

Noyabrın 3-də Ermənistan parlamentində deputatlar arasında əvvəlcə mübahisə, sonra isə fiziki qarşıdurma olub.

Xezerxeber.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, qapalı keçirilən iclasda təhlükəsizlik orqanları ilə bağlı məsələ müzakirə olunub.

Qapalı iclas başlayandan bir müddət sonra zaldan yüksək səslər eşidilib, daha sonra 10 dəqiqəlik fasilə elan edilib. Bəzi məlumatlara görə, buna səbəb hakim “Mülki Müqavilə” partiyasından olan deputat Hayk Sarkisyanın qadağan edilsə də, iclasa notbuk gətirməsi olub.

Paşinyanın müttəfiqləri ondan notbuku zaldan çıxarmağı tələb etsələr də, H.Sarkisyan imtina edib və bu, mübahisəyə səbəb olub. Parlamentin təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsindən sonra H.Sarkisyan iclas zalını tərk edib.

Seçilən
34
8
xezerxeber.az

10Mənbələr