AZ

Bulvar boyunca avtobus dayanacaqları ilə bağlı YENİ TƏKLİF

"28 May Nəqliyyat Mübadilə Mərkəzindən Bulvar istiqamətində və əksinə hərəkət edən ictimai nəqliyyat marşrutları üzrə mövcud dayanacaqlar arası məsafə çox uzaqdır".

Far.Az-in məlumatına görə, bu sözləri nəqliyyat eksperti Rauf Ağamirəzyev bildirib.

Onun sözlərinə görə, bəzi hissələrdə dayanacaqlar arası məsafə 650-700 metr, bəzən isə 1,5 kilometrə qədər artır ki, bu da ictimai nəqliyyatın əlçatanlığını azaldır:

"Beynəlxalq praktikada şəhərdaxili marşrutlarda optimal dayanacaq aralığı 300–350 metr hesab olunur. Bulvar və İçərişəhər paytaxtın ən çox ziyarət olunan cazibə mərkəzləri olduğundan, bu ərazilərdə dayanacaqların daha sıx yerləşməsi insanların nəqliyyatdan istifadəsini stimullaşdırar və piyada axınını düzgün istiqamətləndirər".

R.Ağamirzəyev qeyd edib ki, 28 May Nəqliyyat Mübadilə Mərkəzindən Bulvar boyunca (üzü cənuba və əks istiqamətdə) dayanacaqlar arası məsafə təhlil edilsin və mümkün yerlərdə əlavə dayanacaqlar yaradılaraq məsafə 300–350 metr aralığında optimallaşdırılsın.

O həmçinin deyib ki, dayanacaqların yerləşdirilməsi zamanı piyada marşrutları, turizm axını və əlçatanlıq prinsipləri nəzərə alınmalıdır:

"Bu dəyişiklik nəticəsində nəqliyyatın əlçatanlığı artacaq, şəhər sakinləri və turistlər üçün daha rahat və səmərəli hərəkət şəraiti formalaşacaq, həmçinin ictimai nəqliyyata maraq yüksələcək".

Seçilən
29
far.az

1Mənbələr