AZ

"Qarabağ" – "Çelsi" oyununa avstriyalı hakimlər təyinat aldı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun hakim təyinatları müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Sebastyan Qi̇şamer olacaq. Ona yan xətlərdə həmvətənləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək.

VAR sistemi üzərində nəzarəti Manul Şüettenquber, AVAR-da isə Yosef Spurni həyata keçirəcək.

Xatırladaq ki, “Qarabağ” – “Çelsi” görüşü noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun saat 21:45-də start götürəcək.

İlk üç turdan sonra hər iki komandanın aktivində 6 xal var. Turnir cədvəlində “Qarabağ” 13-cü, London təmsilçisi isə 11-ci pillədə qərarlaşıb.

Seçilən
49
90deqiqe.az

1Mənbələr