AZ

“Beşiktaş” borc bataqlığında - RƏQƏM

“Beşiktaş” Klubunun maliyyə vəziyyəti ilə bağlı yeni açıqlama verilib.

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi rəsmi hesabatında ümumi borcunun 17 milyard 731 milyon 767 min 706 TL olduğunu elan edib.

Bu rəqəm klub tarixində qeydə alınan ən yüksək borc göstəricilərindən biri kimi dəyərləndirilir. “Beşiktaş” rəhbərliyi borcun əsasən əvvəlki illərdəki transfer xərcləri, faiz ödənişləri və struktur yenilənməsi ilə əlaqədar yarandığını bildirib.

Məlumata görə, rəhbərlik gələn mövsüm üçün maliyyə sabitliyini təmin etmək və UEFA-nın maliyyə fair-play tələblərinə uyğunlaşmaq məqsədilə xüsusi plan üzərində işləyir.

Kamil Xudiyev

Seçilən
44
fanat.az

1Mənbələr