AZ

Nepalda qar uçqunu − 7 nəfər öldü


Nepalda Yalunq-Ri zirvəsinin (5630 metr) baza düşərgəsinə qar uçqunu baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Kathmandu Post” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb, 4 nəfər itkin düşüb.
“Ölənlər arasında üç ABŞ vətəndaşı, bir Kanada, bir İtaliya və iki Nepal vətəndaşı var”, - məlumatda deyilib.
Qeyd edilib ki, axtarış-xilasetmə işləri hava qaraldıqdan sonra dayandırılıb və səhər saatlarında davam etdiriləcək.
Seçilən
43
yeniavaz.com

1Mənbələr