AZ

Azərbaycan Dünya Türk Dilləri Ailəsi Gününün təsis edilməsini alqışlayır - XİN

UNESCO-nun Səmərqənddə keçirilən 43-cü konfransında qəbul etdiyi mühüm qərara əsasən, 15 dekabr - Dünya Türk Dilləri Ailəsi Günü kimi rəsmi şəkildə elan edilib.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında bildirilib.

"Seçilmiş tarix, bütün türk dillərinin dərin ortaq köklərini və ümumi tarixini əks etdirən ən qədim yazılı abidələr olan Orxon Yazılarının oxunduğu günü xatırladır.

Azərbaycan bu mühüm addımı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində bağların möhkəmləndirilməsi istiqamətində atılmış önəmli addım kimi alqışlayır", - deyə paylaşımda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
73
9
olaylar.az

9Mənbələr