Kriştiano Ronaldo ona Messi ilə bağlı verilən sualı cavablandırıb.

Offsideplus.az xəbər verir ki, o, Piers Morqanın podkast verilişində qonaq olub və bir sıra sualları cavablandırıb.

Bu suallardan birində isə Ronaldodan eks-komanda yoldaşı Ueyn Runinin fikirlərinə cavab soruşulub. Belə ki, Runi bildirib ki, Messinin Ronaldodan daha yaxşı olduğunu düşünür. Kriştiano isə bunda bir problem görmədiyini açıqlayıb:

"Bunda bir problem görmürəm, amma şəxsən Messinin məndən daha yaxşı olduğunj düşünmürəm. Təvazökar olmayacağam."