AZ

Kolumbiyada polis şöbəsi yaxınlığında maşın partlayıb, iki nəfər ölüb

Kolumbiyanın Kauka əyalətinin Suares rayonunda polis şöbəsinin yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

News365.az xəbər verir ki, bu barədə Caracol radiosu məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 30-dan çox bina zərər görüb.

Qeyd olunur ki, avtomobilin polis şöbəsinin qarşısında partladılması planlaşdırılımışdı, lakin bomba bir neçə metr məsafədə vaxtından əvvəl işə düşüb.

Seçilən
7
4
news365.az

5Mənbələr