AZ

Azərbaycan və digərlər ölkələrdə ətin QİYMƏTLƏRİ

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ət insanın gündəlik qidalanmasının ən vacib tərkib hissələrindən biridir. Zülal, dəmir, sink və B qrupu vitaminləri ilə zəngin olan ət orqanizmin enerji balansını qoruyur, əzələ kütləsini möhkəmləndirir və immun sistemini gücləndirir.

Xüsusilə mal və quzu əti amin turşularının ideal nisbətinə görə bədənin toxuma yenilənməsində mühüm rol oynayır. Lakin son dövrlər ətin qiymətindəki bahalaşması gündəlik istifadə imkanlarını xeyli zaldıb.

BAKU.WS-in məlumatına görə, Azərbaycan bazarında yerli mal əti 16-20 manat, quzu əti isə 18-21 manat civarında təklif olunur.

Bəs görəsən digər ölkələrdə ətin qiyməti nə qədərdir?

Ölkələr üzrə pərakəndə və topdansatış ərzaq qiymətləri üzrə ixtisaslaşmış beynəxlaq portalların təqdim etdiyi rəqəmlərə görə, mal ətinin (1 kq üçün təxmini) qiymətləri müxtəlif aralıqda dəyişir. Türkiyədə 1 kq mal əti təxminən 24.5 dollar (41.70 AZN) səviyyəsindədir. Rusiyada isə 1 kq mal əti üçün təxminən 16 dollar (təxminən 27.20 AZN) xərcləmək lazımdır.

İranda bu rəqəm 5.62 dollar (9.55 AZN), Qazaxıstanda 5.90 dollar (10.03 AZN), Özbəksitanda 12.26 dollar (20.85 AZN), Gürcüstanda isə 16 dollar (18.70 AZN) təşkil edir.

Azərbaycan bazarında yerli mal əti 16-20 manat, quzu əti isə 18-21 manat civarındadır.. Bu qiymətləri ABŞ dollarına çevirdikdə - təxminən 9-12 dollar aralığına düşür.

Globalproductprices tərəfindən tərtib edilmiş dünyada mal ətinin qiymət reytinqinə əsasən, ilk sıralarda ətin artıq əsl delikatesə çevrildiyi ölkələr yer alır.

Lider İsveçrədir – burada 1 kiloqram mal ətinin qiyməti 70,39 ABŞ dollarıdır, bu da bizim ölçülərlə desək, yaxşı bir restoranda iki nəfərlik şam yeməyi ilə müqayisə oluna bilər.

Ardınca Cənubi Koreya (60,65 dollar) və Honkonq (51,44 dollar) gəlir. İlk onluqda həmçinin yüksək həyat səviyyəsinə malik digər ölkələr də var:

Norveç (44,16), Yaponiya (37,14), Almaniya (35,24), Danimarka (29,33), Niderland (25,42), Tailand (22,52) və İsveç (22,11 dollar).

Hətta 1 kiloqram mal ətinin qiyməti 20 dollar civarında olan ölkələr arasında da inkişaf etmiş iqtisadiyyatlar üstünlük təşkil edir:

İtaliya (22,09), ABŞ (21,87), İsrail (21,82) və Finlandiya (21,41 dollar).

Bunları digər Avropa və dünya dövlətləri izləyir, burada mal ətinin qiyməti 15-20 dollar arasında dəyişir:

İspaniya (20,50), Latviya (19,06), Çin (18,84), Avstriya (18,79), Küveyt (18,04), Çili (17,79), Portuqaliya (17,61), Belçika (17,26), Yunanıstan (17,16), Fransa (17,03), Macarıstan (16,59), Polşa (16,53), Kanada (16,33), Böyük Britaniya (16,28), Avstraliya (15,83), İrlandiya (15,59), Slovakiya (15,55) və Yeni Zelandiya (15,53).

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
3
baku.ws

4Mənbələr