AZ

Sırski söz verdi: Rus qoşunlarını məhv etmək üçün...

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ukrayna qoşunları Dobropillya sektorunda əks-hücum əməliyyatlarını davam etdirir və uğur qazanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski deyib.

O bildirib ki, əsas məsələ logistika təhlükəsizliyinin təmin edilməsi, hücum təyyarələrinin hərəkət istiqamətləri və rusları şəhərdən qovmaq olub.

“Biz Dobropillya istiqamətinə təzyiqi artırırıq. Əraziləri azad etməyə və təmizləməyə davam edirik. Bu da düşmənin əsas səylərini Pokrovsk ərazisində cəmləşdirməyi qeyri-mümkün edir”, – general bildirib.

Onun sözlərinə görə, dünən Dobropillya yaxınlığındakı əks-hücum əməliyyatı zamanı 188 kvadrat kilometr ərazi azad edilib, 248,7 kvadrat kilometr ərazi isə rus qoşunlarından təmizlənib.

Sirski vurğulayıb ki, rus qoşunlarını məhv etmək üçün döyüş əməliyyatları davam etdiriləcək.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
1
globalinfo.az

2Mənbələr