AZ

FIFPro 2025-ci ilin rəmzi komandası açıqlanıb - FOTO

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2025-ci ilin rəmzi yığma komandasını təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, siyahı qurumun rəsmi saytında dərc olunub.

Qapıçı:

Cianluici Donnarumma (“PSJ” / “Mançester Siti”, İtaliya millisinin üzvü).

Müdafiəçilər:

Vircil van Deyk (“Liverpul”, Niderland yığması), Əşrəf Hakimi (“PSJ”, Mərakeş yığması), Nunu Mendeş (“PSJ”, Portuqaliya yığması).

Yarımmüdafiəçilər:

Cud Bellingem (“Real”, İngiltərə millisinin üzvü), Koul Palmer (“Çelsi”, İngiltərə yığması), Pedri (“Barselona”, İspaniya yığması), Vitinya (“PSJ”, Portuqaliya millisinin üzvü).

Hücumçular:

Usman Dembelə (“PSJ”, Fransa yığması), Kilian Mbappe (“Real”, Fransa yığması), Lamin Yamal (“Barselona”, İspaniya yığması).

Qeyd edək ki, 2025-ci il üçün açıqlanan bu rəmzi komanda futbol dünyasında mövsüm ərzində fərqlənən ən parlaq adları özündə birləşdirir.

Seçilən
63
6
90deqiqe.az

6Mənbələr