Microsoft şirkəti 2029-cu ilə qədər Birləşmiş Ərəb Əmirliklərində süni intellekt infrastrukturunun inkişafına 15 milyard dollardan artıq sərmayə yatıracaq.
Musavat.com xəbər verir ki, bu barədə şirkətin vitse-sədri Bred Smit məlumat verib. Onun sözlərinə görə, vəsaitlər əsasən məlumat mərkəzlərinin şəbəkəsinin genişləndirilməsinə, o cümlədən Əbu-Dabidə yerləşən Stargate UAE layihəsinə yönəldiləcək.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Microsoft-un məlumat mərkəzləri üçün Nvidia çiplərinin ixracına da icazə verib. Bu qərar şirkətin BƏƏ-də süni intellekt sahəsində fəaliyyətini daha da sürətləndirəcək.
Musavat.com