BAKI, 3 noyabr. TELEQRAF
Kolumbiyada polis idarəsi yaxınlığında partlayıcılarla dolu avtomobil partlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Caracol" radiosu məlumat yayıb.
“Partlayıcılarla dolu avtomobil partlayıb. İki nəfər ölüb, dörd nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
Hadisənin detalları açıqlanmır.