AZ

Gündə 4 fincandançox qəhvə içmək olmaz


Gündə 4 fincandan çox qəhvə içmək yaddaşı zəiflədir və öyrənməyə mənfi təsir göstərir.

Medicina.az xəbər verir ki, çay, qəhvə və enerji içkilərinin bu günlərdə, xüsusən də gənclər və tələbələr tərəfindən çox içilir.

Diqqətli şəkildə istehlak edildikdə, kofein diqqəti yayındıran amilləri azaldır və zehni fəaliyyəti dəstəkləyir.



Lakin, gündə 300-400 milliqramdan və ya 3-4 fincan qəhvədən çox istifadə etməmək vacibdir.

Səhərlər bir və ya iki fincan qəhvə içmək, xüsusən də tələbələr üçün faydalıdır, lakin həddindən artıq kofein istehlakının mənfi təsirləri vurğulanır.

Həddindən artıq qəhvə yuxusuzluğa, gərginliyə və narahatlığa səbəb olur.



Gecələr qəbul edilən qəhvə yuxu rejimini pozur və yaddaşı zəiflədir.

Düzgün vaxtda, düzgün miqdarda və sağlam qidalanma ilə birlikdə qəhvə içmək yaddaşı gücləndirir və imtahan nəticələrini yaxşılaşdırır.

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq miqdarı faydadan daha çox zərər verir.

Aygün
Medicina.az



Seçilən
70
2
medicina.az

3Mənbələr