AZ

Belarus ordusu Ukraynaya girməyə hazırdır

Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının Beynəlxalq Hərbi Əməkdaşlıq və Sülhməramlı Fəaliyyətlər Departamentinin rəhbəri Aleksey Skabey “lazım gələrsə”, Belarus Ukraynada sülhməramlı qoşunlar yerləşdirməyə hazırdır. Aleksey Skabey deyib ki, “Belarus üçün tədbirlərdə iştirak etmək, ilk növbədə, bayrağımızı qaldırmaqdır.

Editor.az xəbər verir ki, müəyyən bir ölkədə bayrağımızı qaldırmaq, BMT Baş Assambleyasında bir vaxtlar götürdüyümüz öhdəliklərə açıq olduğumuzu və sadiq olduğumuzu göstərir”, – deyə o bildirib.

Skabey əmin edib ki, Belarus ordusu “müvafiq qərarı” aldıqdan sonra “tapşırıqları yerinə yetirmək üçün müəyyən bir bölgəyə hərəkət etməyə hazırdır”. Skabeyin sözlərinə görə, Ukraynada sülhməramlı missiya qarşılıqlı razılaşma ilə mümkündür: “Burada hər şey təkcə bizdən asılı deyil. Bu, tərəflərin öz aralarında verdikləri qərardan asılıdır. Biz hər iki tərəfin xahişi ilə onlara həmişə kömək etməyə hazırıq”, – deyə o əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
71
editor.az

1Mənbələr