Bu gün Misli Premyer Liqasında 10-cu tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Sabah” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Oyunu Fərid Hacıyev idarə edib. Meydan sahibləri çətin qələbəyə seviniblər.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qarabağ” “İmişli”yə (2:0), “Neftçi” “Kəpəz”ə (5:1), “Turan Tovuz” “Şamaxı”ya (2:1), “Sumqayıt” “Araz-Naxçıvan”a (3:2) qalib gəlib, “Karvan-Yevlax” isə “Zirə”yə uduzub – 2:3.

Misli Premyer Liqası
10-cu tur

3 noyabr

“Sabah” – “Qəbələ” 1:0
Qol: Stiv Solvet, 28.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
“Bank Respublika Arena”, 19:30.

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 6. Abdulla Xaybullayev, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 42. Jondo Fuxs, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.