AZ

Sxadadze: “Bəxtimiz gətirmir”

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının X turunun “Sabah” – “Qəbələ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze fikirlərini bölüşdü.

Futbolpress.az xəbər verir ki, mütəxəssis məğlubiyyətdən sonra bunları dedi…

“Futbolçularıma təşəkkür edirəm, yaxşı oyun göstərdik. Bəxtimiz gətirmir. Əminəm ki, qarşıdakı oyunlarda bəxtimiz gətirəcək. İlk hissədə yaxşı oynadıq. Rəqib standart vəziyyətdən qol vurdu. İkinci hissədə də xarakter göstərdik. Əlimizə düşən imkanları dəyərləndirə bilmədik. İkinci hissədə irəli gedəndə rəqibi əks-hücumlara buraxdıq. Futbolçulara bir daha təşəkkür edirəm. Nəticə mütləq gələcək. İkinci hissədəki xarakteri ilk hissədə də göstərə bilsəydik, fərqli olardı. Yaxşı oynayırıq və nəticə gələcək”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
futbolpress.az

1Mənbələr