AZ

İrəvandan Bakıya tarixi səfər: Qriqoryan ilk dəfə açıqladı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaxın günlərdə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

O xatırladıb ki, bu təşəbbüs Azərbaycan nümayəndə heyətinin bir müddət əvvəl İrəvana səfərinin davamı kimi həyata keçiriləcək.

Qriqoryanın sözlərinə görə, qarşılıqlı səfərlər tərəflər arasında etimadın artırılması, dialoqun möhkəmləndirilməsi və regionda sabit sülhün bərqərar olması baxımından mühüm addımdır.

“Biz hesab edirik ki, vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa təmasları xalqlar arasında anlaşmanın və inamın bərpasına real töhfə verə bilər. Bu, Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün vacibdir,” – deyə Qriqoryan vurğulayıb.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
1
globalinfo.az

2Mənbələr