AZ

Avropanın ən yaxşı şəkildə qiymətləndirilməmiş 9 şəhəri açıqlandı

"Which? Travel" nəşri Avropada az tanınan, lakin səfər üçün gözəl olan şəhərlərin siyahısını tərtib edib.

Hit.az xəbər verir ki, bu istiqamətlər yay tətili üçün İspaniya, Portuqaliya və İtaliyada yerləşən, lakin çox vaxt diqqətdən kənarda qalan yerlərdir.

Vrotslav, Polşa

Orta əsr meydanı və rəngarəng renessans üslubunda binaları ilə Vrotslav Krakov kimi turist cəlb edən şəhərlərlə rəqabət aparır, lakin daha az izdihamlı və daha münasib qiymətlidir. Burada 14 çay adasından birinin sahilində mənzərənin, yüzlərlə bar və restoranın, eləcə də böyük Milad bazarının dadını çıxarmaq olar.

Leon, İspaniya

Leon, "Kaminyo-de-Santyaqo" zəvvar marşrutunun üzərində yerləşsə də, təkbaşına səfər üçün də ideal məkandır. Şəhərin ən görməli yeri – "İşıqlar evi" adlanan gotik kilsədir. Həmçinin XI əsrə aid möhtəşəm freskaları ilə məşhur "San Isidoro kral məqbərəsi"ni görmək tövsiyə olunur.

Boltsano, İtaliya

Günəşli vadidə yerləşən bu şəhər universiteti və “Buz adamı” muzeyi ilə tanınır. Muzeydə 5000 il yaşı olan, buzda tapılmış "Ötzi" adlı mumiyaya həsr olunmuş sərgilər var. Şəhərdə qalan turistlər üçün ictimai nəqliyyat pulsuzdur, avtobus və kanat yolları sizi birbaşa Dolomit dağlarının zirvələrinə aparır.

Budva və Bar, Monteneqro

2500 illik tarixi olan Budva Aralıq dənizi sahilində yerləşən qədim şəhərdir. Buradakı daş döşənmiş dar küçələr, Roma dövrünə aid qala divarları və təxminən 20 çimərlik buranı unudulmaz edir.

Evora, Portuqaliya

Alenteju bölgəsinin pastoral paytaxtı olan Evora zeytun bağları, günəşli üzümlüklər və orta əsr memarlığı ilə tanınır. YUNESKO siyahısına daxil edilmiş bu şəhər Portuqaliyanın tramvay və "pasteis de nata"dan kənar bir üzünü nümayiş etdirir.

Mursiya, İspaniya

1200 illik tarixə malik Mursiya barokko üslublu binaları və günəşli meydanları ilə seçilir. Burada ingiliscə az danışan yerli sakinlər arasında autentik ispan atmosferi qorunub.

Lyublyana, Sloveniya

Pastel tonlarında binaları və barokko memarlığı ilə kiçik, amma sehrli paytaxt. Şəhərin mərkəzindən axan Lyublyanitsa çayı üzərində "Üç körpü" kimi məşhur memarlıq nümunələri var. Qalanın yerləşdiyi təpədən isə bütün köhnə şəhəri seyr etmək mümkündür. Buradan Bled gölünə, Postoyna mağarasına və Predyama qalasına qısa səfərlər də təşkil olunur.

Karrik-on-Şannon, İrlandiya

Şannon çayı üzərində yerləşən bu kiçik şəhər daxili turizmdə məşhur olsa da, beynəlxalq səyyahlar üçün hələ kəşf edilməyib. Burada qayıq icarəyə götürüb qədim qalalar və kəndlər boyunca 63 kilometrlik su marşrutu ilə səyahət etmək olar. Cəmi 4000 nəfərlik əhali ilə bu şəhər İrlandiyanın ən qonaqpərvər guşələrindən biridir.

Kartaxena, İspaniya

2008-ci ildə açılan Roma teatrı muzeyindən sonra Kartaxena qədim Roma və Karfagen tarixi ilə diqqət çəkir. Şəhərin əsas cazibəsi isə bəzəkli modern üslubda binalarla dolu dar küçələrdə gəzişməkdir.

Samir
 

Seçilən
59
hit.az

1Mənbələr