BAKI, 3 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının X turunun son oyununda “Sabah” və “Qəbələ” komandaları qarşılaşıb.
Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da təşkil olunan görüş meydan sahibi komandanın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Matçda yeganə qolu 28-ci dəqiqədə Stiv Solvet vurub.
Bununla da xallarının sayını 18-ə çatdıran “Sabah” 4-cü pilləyə yüksəlib. “Qəbələ” 5 xalla onuncudur.
Qeyd edək ki, növbəti turun oyunları 7-9 noyabrda keçiriləcək.