AZ

İki nəfərin öldüyü ağır qəzanın VİDEOSU

Ötən gecə Göygöldə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub.

NOCOMMENT.az hadisənin başvermə anının görüntülərini əldə edib.

Kadrlardan da aydın olduğu kimi, hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub.

Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də, o, deyilənlərə məhəl qoymayıb:

“Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür!”

Qeyd edək ki, qəza nəticəsində sürücü 1999-cu il təvəllüdlü Elvin Mamedov və 2009-cu il təvəllüdlü İsbi Alıyev hadisə yerində ölüb, 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov isə ağır yaralanıb.

Seçilən
50
1
nocomment.az

2Mənbələr