AZ

Çin Rusiyadan neft idxalının təxminən yarısını dayandırıb

Çin Rusiyadan neft idxalının təxminən yarısını dayandırıb.

AzPost bildirir ki, bu barədə Bloomberg-in yaydığı məlumatda deyilir.

Bu, ABŞ-ın oktyabrın sonlarında Rosneft və Lukoil şirkətlərinə sanksiyalar tətbiq etməsindən sonra baş verib. Norveçin Rystad Energy konsaltinq şirkətinin hesablamalarına görə, Çin gündə 400.000 barel neft alışını dayandırıb. Bu, Rusiyanın Çinə gündəlik neft tədarükünün təxminən 45%-ni təşkil edir.

Həm Sinopec və PetroChina da daxil olmaqla, həm də daha kiçik özəl Çin şirkətləri Rusiyadan yanacaq tədarükünü ləğv ediblər. Onların qərarlarına Böyük Britaniya və AB-nin Çin şirkəti Shandong Yulong Petrochemical-ə qarşı sanksiyaları təsir edib.

AzPost.az

Seçilən
14
1
azpost.info

2Mənbələr