AZ

"Oyunumuz var, nəticə mütləq gələcək" - Kaxaber Sxadadze

style='margin-bottom:10px;'>

"Futbolçularıma təşəkkür edirəm. Bu gün yaxşı oyun göstərdik. Artıq neçənci oyundur ki, bəxtimiz gətirmir. Bir çox matçlarda belə olub. Əminəm ki, qarşıdakı oyunlarda bəxt də bizim tərəfimizdə olacaq".

QOL.az xəbər verir ki, bu sözləri "Qaəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 10-cu turunda bu gün səfərdə "Sabah"a uduzduqları oyundan sonra mətbuat konfansında deyib.

Gürcüstanlı mütəxəssis 0:1 hesablı məğluniyyəti belə şərh edib: "Birinci hissədə yaxşı oyun göstərdik. Standart vəziyyət zamanı buraxdığımız bir səhv qolla nəticələndi. İkinci hissədə futbolçular daha yaxşı xarakter göstərdi. Bəlkə də, bu əzmkarlığı ilk hissənin əvvəllərində etsəydik, nəticə başqa cür ola bilərdi. Əlimizə düşən qol imkanlarından istifadə edə bilmədik. İkinci hissədə bir qədər irəlidə çoxaldıqca rəqibin də əks hücumları oldu. Hansı ki, bu da normal haldır".

Sxadadze qeyd edib ki, nəticə olmasa da, komandasının oyunu var: "Futbolçularıma bir daha təşəkkür edirəm. Əgər oyun olmasa, başqa cür düşünə bilərik. Lakin görürük ki, oyun var. Buna görə də, əminəm ki, nəticə mütləq gələcək. Sonda “Sabah” komandasını  qələbə münasibətilə təbrik edirəm”.

Seçilən
40
1
teleqraf.com

2Mənbələr