AZ

“Piastri gərəksiz təzyiqləri unudub öz işinə fokuslanmalıdır”

Keçmiş “Formula-1” pilotu Ralf Şumaxer Oskar Piastrinin son yarışlarda yaşadığı çətinliklərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, “Sky Sport Germany” Şumaxerin dediklərini belə çatdırıb.

“Hazırda yarışlarda fərqlər çox cüzidir. Hər detal — təkər seçimi, hava, trasın vəziyyəti — nəticəyə təsir edir. Meksikada tras çox sürüşkən idi, belə hallarda avtomobilə inam çox vacibdir. Oskar temp baxımından pis deyildi, amma vəziyyəti kökündən dəyişə bilmədi. İndi o, sadəcə, öz işinə fokuslanmalı, komandada kiməsə üstünlük verildiyi barədə deyilən söz-söhbətləri qulaqardına vurmalıdır. Bunlar boş söhbətlərdir. Komanda üçün əsas olan tituldur, kim birinci, kim ikinci olur — fərqi yoxdur.”

Mövsümün bu mərhələsində Piastri 356 xalla ümumi sıralamada ikinci yerdədir. Onun komanda yoldaşı Lando Norris 357 xalla lider mövqedədir. İlk “üçlük”ü “Red Bull” pilotu Maks Verstappen (321 xal) tamamlayır.

Seçilən
55
90deqiqe.az

1Mənbələr