Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da Təchizat İdarəetmə İnstitutu (ISM) oktyabr ayına aid istehsal sektoru PMI göstəricisini açıqlayıb.
Banco.azxəbər verir ki, məlumata görə, ISM istehsal sektoru PMI indeksi oktyabrda əvvəlki ayla müqayisədə 0,4 bənd azalaraq 48,7 səviyyəsinə enib.
İstehsal sektorunun ardıcıl səkkiz aydır daraldığını göstərən bu göstərici üzrə bazar gözləntiləri indeksin 49,4 səviyyəsində olacağı istiqamətində idi. Sentyabrda isə indeks 49,1 olmuşdu.
İstehsal indeksi oktyabrda aylıq 2,8 bənd azalaraq 48,2-yə, yeni sifarişlər indeksi isə 0,5 bənd artaraq 49,4-ə yüksəlib. Məşğulluq indeksi isə eyni dövrdə 0,7 bənd artaraq 46 səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!