AZ

Parisdə böyük soyğunçuluq hadisəsi baş verib

Luvr muzeyindən kral zinət əşyalarının oğurlanmasından iki həftə sonra cinayətkarlar “Swarovski” butikinə girərək təxminən 200.000 avro dəyərində zinət əşyaları və saatlar oğurlayıblar.

Qaziler.az xəbər verir ki, bu barədə “Le Parisien” xəbər verir.

Polisin məlumatına görə, zərgərlik mağazasının siqnalizasiya sistemi işə düşməyib və təhlükəsizlik kameraları oğruları qeydə almayıb.

Hadisədən yalnız səhər saatlarında mağaza işçilərindən biri butikin qapısını açmağa gələndə, qapının və vitrinlərin sındırıldığını aşkar etdikdən sonra xəbər tutulub.

QAZİLER.AZ

Seçilən
52
qaziler.az

1Mənbələr