AZ

Energetik içki 25–26 yaşında gəncin vaxtından əvvəl qocaldır

Qida rasiyonumuz üçün vacib ərzaqların bir çoxunu üstələyən enerji içkilərinə meyillilk durmadan artır. 

Həkimlər isə xəbərdarlıq edir ki, bu kimi içkilərdən mütəmadi istifadə düzgün deyil.

Qida eksperti Leyla Sarıyeva Hit.az-a deyib ki, gənclər arasında geniş yayılan energetik içkilərin istifadəsi ciddi sağlamlıq riskləri yaradır: 

"Bəzi energetik içkilərin tərkibində orqanizmə asılılıq yarada biləcək maddələr mövcuddur. Bu maddələr bir növ sinir sisteminə narkotik tipli təsir göstərir, insanın psixoloji və fizioloji vəziyyətini dəyişir, ürək-damar sisteminə güclü təzyiq edir. Davamlı istifadə zamanı isə ürək ritm pozğunluqları, yuxusuzluq, əsəbilik, qan təzyiqinin yüksəlməsi kimi ağır fəsadlar müşahidə oluna bilər. Yeniyetmə qız və oğlanların bu içkilərdən istifadə etməsi gələcəkdə daha ağır nəticələr doğurur. Belə ki, orqanizm hələ inkişaf mərhələsində ikən qəbul edilən energetik içkilər 25–26 yaşında gəncin vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Bu zaman daxili orqanlar sürətlə sıradan çıxır və insan özünü 55–60 yaşındakı kimi hiss edir".

Sevinc

Seçilən
44
hit.az

1Mənbələr