AZ

Yamal dinc dayanmır: Özünə yeni sevgili tapdı - FOTOLAR

“Barselona” klubunun futbolçusu Lamin Yamal sevgilisindən ayrıldıqdan sonra tək qalmayıb.

Publika.az xəbər verir ki, onun yeni münasibətləri barədə şayiələr aktiv şəkildə yayılır. KİV-lərdə “Barsa”nın liderinin şəxsi həyatı, xüsusilə bloqer və model Anna Qenyozo ilə mümkün münasibətləri müzakirə olunur.

İtaliyan gözəl “Napoli” klubunun və Xviça Kvaratsxeliyanın böyük pərəstişkarıdır. Gürcü futbolçu isə bu ilin yanvarında klubdan ayrılaraq PSJ-yə keçib. Lamin və Anna barədə şayiələr keçən ildən səslənməyə başlayıb, lakin indi bu mövzuya maraq daha da artıb.

Qeyd edək ki, əvvəlcə Yamal rəsmi olaraq argentinalı müğənni Niki Nikolle ilə ayrıldığını elan edib və bildirib ki, bu qərar xəyanət səbəbindən deyil.

Yamal

Seçilən
38
publika.az

1Mənbələr