Pakistanın şimal-qərbində Bannu dairəsində altı polis əməkdaşı silahlı hücum nəticəsində yaralanıb.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, naməlum yaraqlılar Mamaş-Xel şəhəri yaxınlığında Şimali Vəziristan dairəsinin polis rəisinin avtomobilinə atəş açıblar.
"Silahlı şəxslər Şimali Vəziristan polisinin patrul maşınına atəş açıblar", - Bannu regional polis zabiti Səccad Xan bildirib.
O həmçinin qeyd edib ki, yaralanan polis əməkdaşları xəstəxanaya çatdırılıblar. Hücum edənlər yaxınlıqdakı ərazilərə qaçıblar. Hazırda onların saxlanılması istiqamətində genişmiqyaslı axtarış əməliyyatı keçirilir.