AZ

Döyüşkən komandaya qarşı oynadıq Valdas Dambrauskas

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Qələbə münasibətilə azarkeşlərimizi və rəhbərliyimizi təbrik edirəm. Çox çətin oyun alındı. ".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 10-cu turunda bu gün "Qəbələ"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Litvalı mütəxəssis 1:0 hesablı qələbəni belə şərh edib: "Sürətli futbolçulara sahib komanda ilə oynamaq bizim üçün çətin oldu. İlk hissədə çox təhlükəli vəziyyətlər yaratdılar. Biz çalışırdıq ki, rəqibi qapımızdan daha uzaq saxlayaq. Çox şadam ki, bu oyunda qapımızı toxunulmaz saxladıq və 3 xalı əldə etdik. İrəliyə doğru dəyişəcəyimizə inanıram".

Baş məşqçi zədəsini sağaldaraq sıraya dönən Aleksey İsayev barədə də danışıb: "Alekseyin yenidən bizimlə olması məni sevindirir. Onun üçün zədədən geri dönmək bir qədər çətin oldu. Təbii ki, biz istərdik ki, o, matç zamanı ara ötürmələr versin, əvvəlki formasına yavaş yavaş qayıtsın. Hələ ki, istədiyimiz nöqtədə olmasa da, məşqlərdə həvəsli olması, tapşırıqları yerinə yetirməsi daha yaxşı olacağına ümidimizi artırır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
2
qol.az

3Mənbələr