AZ

Filippində yaxınlaşan tayfun səbəbindən on minlərlə insan təxliyə edilib

Filippində yaxınlaşan tayfun səbəbindən on minlərlə insan təxliyə edilib

Filippinə Sakit okeandan yaxınlaşan “Kalmaegi” tayfunu səbəbindən on minlərlə insan təhlükəsiz bölgələrə köçürülüb, balıqçıların dənizə çıxması qadağan edilib.

Yerli rəsmilərin məlumatına görə, saatda 120 kilometr sürətlə irəliləyən “Kalmaegi” tayfununun bu gün ölkənin qərb sahillərinə çatması gözlənilir.

Tayfunun Filippinin qərb və mərkəzi hissələrinə güclü külək və leysan yağışlar gətirəcəyi ehtimal olunur. Bu səbəbdən sahil bölgələrində yaşayan 70 mindən çox insan ordunun köməyi ilə təhlükəsiz ərazilərə təxliyə edilib.

Həmçinin bölgədə balıqçıların dənizə çıxması müvəqqəti olaraq qadağan olunub.

Qeyd edək ki, 2013-cü ilin noyabrında baş verən “Haiyan” tayfunu nəticəsində 7 min 300-dən çox insan həyatını itirmişdi.

Seçilən
25
afn.az

1Mənbələr