AZ

Əmisini buna görə danışdırmır - Səbəb xanımıdır

Britaniya vəliəhd şahzadəsi Uilyam uzun illərdir əmisi, şahzadə Endryuya qarşı mənfi münasibət bəsləyir.

Azreform.info ” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, yazıçı Endryu Louni özünün “Yorklar sülaləsinin yüksəlişi və süqutu” adlı bioqrafik kitabında qeyd edib ki, şahzadə Uilyam əmisi Endryunu arvadı Ketrin Middltona qarşı söylədiyi sərt ifadələrə görə bağışlamır. Mənbəyə görə, Endryunun Middltona nə dediyi dəqiq bilinmir, lakin hadisə kral ailəsində ciddi gərginliyə səbəb olub. Louni həmçinin yazır ki, Uilyamın Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyusonla da münasibətləri soyuqdur.

Hadisə Britaniya kral ailəsi daxilində uzunmüddətli ziddiyyətlərin davam etdiyini bir daha göstərib.

Xatırladaq ki, bundan öncə Böyük Britaniyada Kral III Çarlzın qardaşı şahzadə Endryu bütün titullarından və fəxri adlarından məhrum edilmişdi. Onu da bildirək ki, şahzadə uzun müddətdir cinsi istismar cinayətlərində təqsirli bilinən amerikalı iş adamı Cefri Epsteynlə əlaqələri səbəbilə ictimai və media təzyiqi altındadır.(qafqazinfo)

Seçilən
6
4
azreform.info

5Mənbələr