AZ

Livanın İsraillə danışıqlardan başqa yolu yoxdur - Aun

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Livan Prezidenti, general Cozef Aun, bazar ertəsi bildirib ki, ölkənin İsraillə danışıqlardan başqa çıxış yolu qalmayıb. Prezident Sarayının yaydığı bəyanata görə, dövlət başçısı danışıqlar dilinin müharibə dilindən daha vacib olduğunu vurğulayıb.

TurkicWorld xəbər verir ki, İsraillə mümkün danışıqlar barədə danışan Aun qeyd edib ki, siyasətdə üç vasitə mövcuddur – diplomatik, iqtisadi və hərbi.

“Əgər müharibə nəticə vermirsə, nə etməliyik? Dünyanın bütün ölkələrində müharibələrin sonu danışıqlarla bitib. Danışıqlar isə dost və ya müttəfiqlə deyil, düşmənlə aparılır.”-deyə Aud bildirib.

Prezident əlavə edib ki, “müharibənin nəticələrini gördük, buna görə danışıqlar dili daha vacibdir. Eyni zamanda, diplomatik fəaliyyət də davam edir – istər Nəbih Berri, istərsə də baş nazir Nəvaf Salam tərəfindən”.

Aun həmçinin bildirib ki, ölkədə vəziyyət “yaxşıdır” və Livana gözlənilən Papa səfəri, eləcə də keçirilən beynəlxalq konfranslar ölkədə sabitlik və inkişafın göstəricisidir.

Regional çağırışlara toxunan prezident deyibki, “Suriya ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa başlamışıq. Məsələ daha da aydınlaşır və qarşılıqlı ciddi niyyətlər mövcuddur. Yaxın vaxtlarda sərhədlərin müəyyənləşdirilməsi üçün birgə komitələr yaradılacaq.”

Aun bildirib ki, Livanın istifadə etməli olduğu çoxsaylı imkanları var.

“Çətinliklər yoxdur. Cavabdehlik ortaqdır. Məzhəb və sektant düşüncələrdən uzaqlaşa bilsək, hədəfə sürətlə çata bilərik, çünki bu düşüncə tərzi ölkəni dağıdır.”-deyə prezident əlavə edib.

Seçilən
40
turkic.world

1Mənbələr