AZ

“Bu mövsüm atamın məsləhətlərinə daha çox qulaq asıram”

“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx Çempionlar Liqasının Madrid “Real”ına qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında çıxış edib.  

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı futbolçu bildirib ki, bu mövsüm rəqib qapısı qarşısında daha cəsarətli oynamağa çalışır və bunda atasının da rolu böyükdür:

“Düşünürəm ki, bu mövsüm atamın dediklərinə daha çox diqqət yetirirəm. O, mənə hər zaman deyir ki, daha çox qapıya zərbə endirməliyəm. Artıq bunun nəticəsini görmək mümkündür — məsələn, şənbə günü ‘Aston Villa’ya qarşı oyunda top mənim zərbəm və rikoşetdən sonra qapıya daxil oldu. Deməli, həqiqətən daha çox zərbə vurmaq lazımdır.”

Qarşılaşma noyabrın 4-də, Bakı vaxtı ilə 00:00-da başlayacaq.Cari mövsümdə dayaq yarımmüdafiəçisi Qravenberx “Liverpul”un heyətində 3 qol vurub və 2 qolun ötürməsini verib.

Seçilən
63
90deqiqe.az

1Mənbələr