AZ

BMT Trampa sərt xəbərdarlıq etdi: Bu ölkəyə qoşun yeridilə bilər

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

BMT ABŞ-ı Nigeriyaya qarşı hərbi təhdidlərdən çəkinməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq “RİA Novosti”yə bildirib.

Üzv dövlətlər beynəlxalq hüquqa riayət etməli və digər ölkələrə qarşı güc tətbiqi ilə bağlı təhdidlərdən uzaq durmalıdır.

“Bütün üzv dövlətlər BMT Nizamnaməsinə uyğun davranmalı və güc tətbiqinə dair hədələrdən çəkinməlidirlər”, – Haq qeyd edib.

O həmçinin vurğulayıb ki, Nigeriyada bütün dinlərə mənsub insanlar terror və zorakılıqdan əziyyət çəkir və BMT ölkənin bu problemləri həll etmək səylərini dəstəkləməyə hazırdır.

Xatırladaq ki, noyabrın 1-də ABŞ Prezidenti Donald Tramp Pentaqona Nigeriyada xristianlara qarşı zorakılıqlara görə hərbi əməliyyatlara hazırlaşmağı tapşırmışdı. Tramp bəyan etmişdi ki, vəziyyət dəyişməsə, ABŞ Nigeriyaya yardımı dayandıracaq və sürətli və sərt müdaxiləyə başlaya bilər.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
globalinfo.az

1Mənbələr